Kitabxana

Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanası tələbələrin hazırlığı üçün əvəzsiz vasitədir.


Azərbaycan Dövlət Aqrar Universitetinin əsaslı kitabxanası 1929-cu ildən fəaliyyət göstərir. Kitabxana mühəndislik korpusunda yerləşməklə sahəsi 1907 kv.metr, ümumi fondu 643417, kitab fondu 441414 ədəddir. Yüksək sürətli və fasiləsiz internet, 66 ədəd kompyuter, 2 printer və digər informasiya texnologiyaları avadanlıqları oxucuların kitabxananın fondundan səmərəli istifadə etmələrinə geniş imkanlar yaradır.

Burada aşağıdakı struktur vahidləri fəaliyyət göstərir: Kitabların toplanması, yerləşdirilməsi, inkişafı, mövzular üzrə ayrılması, kataloq və qruplaşdırılması şöbəsi; Xarici ədəbiyyat şöbəsi; Beynəlxalq mərkəz; Oxu zalı şöbəsi; Dissertasiya, tesizlərin xülasəsi, qəzet və jurnal şöbəsi; Oxu zalının kitablarla təminatı şöbəsi; Elmi öyrənmə və ədəbiyyat saxlama şöbəsi; Elektron kitabxana; Abunəçilərə xidmət şöbəsi; Türk dünyası universitetlərinin əlaqə mərkəzi.

Türk dünyası universitetlərinin əlaqə mərkəzində Ümummilli lider Heydər Əliyev və Mustafa Kamal Atatürk haqqında 500-dən çox kitab, jurnallar və başqa ədəbiyyatlar mövcuddur.

Kitabxananın aqronomluq, baytarlıq təbabəti və zoomühəndislik, aqrotexnologiya fakültələrində, tələbə yataqxanalarında bölmələri mövcuddur.




Kitabxana
KitabxanaKitabxana
KitabxanaKitabxanaKitabxana
Kitabxana
Kitabxana
Kitabxana
KitabxanaKitabxanaKitabxana
Kitabxana
Sosial şəbəkələrdə paylaş: