
1907-ci ildə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Həyatının ilk dövrü Gəncə ilə bağlıdır. 1930-cu ildə Gəncədəki Zaqafqaziya Pambıqçılq İnstitutuna qəbul olunmuş, 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “aqronomluq” fakültəsini bitirmişdir.

(1914-1980)
1914-cü ildə Şuşada doğulmuşdur. 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bağçılıq və bostançılıq fakültəsini bitirmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü olmuş və əməkdar elm xadimi fəxri adına laiq görülmüşdür.

1910-cu ildə Qax rayonunda anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərək aspiranturada sax¬lanılmışdır. Burada dekan, kafedra müdiri, tədris və elmi işlər üzrə direktor müavini işləmişdir. Biologiya elmləri doktoru, professor olmuşdur.

1913-cü ildə Ağstafa rayonunda anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronom ipəkçi ixtisasını bitirmişdir. 1950-1954-cü illərdə Kənd Təsərrüfatı Naziri, 1954-1958-ci illərdə Nazirlər Soveti sədrinin birinci müavini, 1958-1959-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, 1958-1962-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədr müavini olmuşdur.

1911-ci ildə Tiflisdə anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Kənd Təsər¬rü¬fatı İnstitutunu bitirmişdir. 1959-1960-cı illərdə Gəncə Pedaqoji İnstitutunda direktor, 1960-1961-ci illərdə Kənd Təsərrüfatı Naziri olmuşdur.

1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitu¬tu¬nu bitirmişdir. 1976-1991-ci illərdə SSRİ Elmlər Akademiyası nəz¬din¬də Ümumittifaq Pro¬to¬zooloqlar Cəmiyyətinin vitse-prezi¬den-ti, 1967-1988-ci illərdə “Parazitologiya” jurnalının redaksiya heyətinin üzvü, Ukrayna Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü seçilmişdir.

1925-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildən Əməkdar Elm Xadimidir. 1963-cü ildən indiyədək Azərbaycan ET Bitki Mühafizə İnstitu¬tu¬nun direktoru vəzifəsində işləyib.

1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur.1947-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tarlaçılıq fakültəsini bitirmiş, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan EA Botanika İnstitutunda geobotanika şöbəsinin müdiri, 1978-1988-ci illərdə elmi işlər üzrə direktor müavini, 1988-2008-ci illərdə isə direktoru vəzifələrində çalışmışdır.

1932-ci ildə Qərbi Azərbaycanın Zəngibasar bölgəsində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Füzuli rayonunda baytarlıq məntəqəsinin müdiri işləmişdir. AMEA Mikrobiologiya İnstitutunda direktor, Tibb Universitetində kafedra müdiri işləmişdir.

1937-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərək alim aqronom ixtisası almışdır. AMEA Torpaqşünaslıq İnstitutunun direktoru olmuşdur.

(1904-1980)
1904-cü ildə Salyan rayonunda doğul¬muşdur. 1927-ci ildə Azərbaycan Politex¬nik İns¬ti¬tu¬tunun nəzdindəki kənd təsərrüfatı fakül¬təsinin “aqronom-zootexnik” ixtisasını bitirmisdir. 1966-cı ildən həyatının son günlərinədək Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda “Heyvanların genetikası və seleksiyası” şöbəsinə rəhbərlik etmişdir.

(1909-1987)
1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq ixtisa¬sını bitirmişdir. 1960- cı ildə professor elmi adını almışdır.

(1914-1971)
1914-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun ipəkçilik şöbəsini bitirmişdir. 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuşdur. 1951-ci ilədək Azərbaycan ET İpəkçilik Stansiyasının direktoru, sonra AKTİ-də ipəkçilik kafedrasının müdiri işləmiş, bir müddət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini vəzifəsində çalışmışdır.

(1941-2003)
1941-ci ildə Goranboy rayonunda ana¬dan olmuşdur. 1965-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsər¬rüfatının iqtisadiyyatı fakültəsini bitirmişdir. 1996-2000-ci illərdə AKTİ-də kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1984-2003-cü illərdə aqrar siyasət və dünya iqtisadiyyatı kafedrasına rəhbərlik etmişdir. Milli Məclisin ekspert qrupunun rəhbəri olmuşdur.

1941-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Əməkdar Elm Xadimi Fəxri adına layiq görülmüşdür. Hazırda AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya rəhbəri vəzifəsində çalışır.

1952-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. AMEA Genetik Ehtiyatlar İnstitutunun direktorudur. Milli Genetik bankın yaradıcısı və rəhbəridir.

1933-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə AKTİ-nin aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, bitkiçilik kafedrasında assistent kimi əmək fəaliyyətinə başlamış, 1994-cü ildə bitkiçilik kafedrasının müdiri seçilmiş, sonralar ömrünün sonunadək həmin kafedrada professor vəzifəsində çalışmışdır.

1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1987-ci ildə AKTİ-nin baytarlıq ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və rektor vəzifələrində çalışmışdır.

İnstitutun 6-cı direktoru olmuşdur. 1905-ci ildə Qazaxda anadan olmuşdur. AKTİ-nin 1932-ci il məzunudur, aqronomluq-tarlaçılıq ixtisasını bitirmişdir. Kənd Təsərrüfatı Naziri və bir neçə dövlət vəzifələrində çalışmışdır.

İnstitutun sayca 7-ci direktoru olmuşdur. 1909-cu ildə Bakının Nardaran kəndində anadan olmuşdur. AKTİ-nin məzunudur. 1942-1944-cü illərdə - müharibənin ağır dövlərində instituta rəhbərlik etmişdir. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru işləmişdir.

1944-1953-cü illərdə institutun sayca 8-ci direktoru vəzifəsində çalışmışdır. AKTİ-nin məzunudur. 1910-cu ildə Şuşada anadan olmuşdur, kənd təsərrüfatı elmləri doktoru, professor, torpaqşünaslıq və meliorasiya üzrə görkəmli alim olub.

1973-1983-cü illərdə institutun rektoru qismində 11-ci rəhbəri olmuşdur. AKTİ-nin məzunudur. 1930-cu ildə Gəncə şəhərində anadan olmuşdur, entomologiya üzrə biologiya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmışdır.

1983-1989-cu və 1995-2007-ci illərdə bu təhsil ocağının 12-ci rektoru vəzifəsində çalışmışdır. AKTİ-nin məzunudur. 1984-1989-cu illərdə tədris korpuslarında xeyli abadlıq işləri aparılmış, həmçinin YAP-ın təsisçilərindən biri kimi Gəncə şəhər təşkilatının yaradıcısı və ilk sədri olmuşdur.

1990-1995-ci illərdə institutun rektoru işləmişdir. AKTİ-nin məzunudur. 1939-cu ildə İrəvan şəhərində anadan olmuşdur, bu ali məktəbin sayca 13-cü rəhbəri olmuşdur. Baytarlıq elmləri doktoru, professor olmuş, Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

ADAU-nun məzunu, kənd təsərrüfatı elmləri doktoru professor İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Republikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə Universitetə rektor təyin edilmişdir. Universitetin sayca 15-ci rektorudur. 1956-cı ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuşdur. 2014-cü ilin iyun ayında Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir.

1945-ci ildə Naxçıvan MR Babək rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun məzunudur. MR Nazirlər Soveti sədrinin birinci müavini, Baş Nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməklə, hazırda MM Aqrar Siyasət Komitəsinin sədridir.