Azərbaycan Respublikası Nazirlər Kabinetinin14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının 3.2.14. yarımbəndinin icrası barədə

         Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının 3.2.14. yarımbəndində qeyd edilir ki, tələbə hər semestrdə fənni dinləmədən ümumilikdə 2 fənn üzrə (hər fəndən 1 dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bu zaman tələbənin fənni  dinlədiyi semestrdə ki, cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və onun qazandığı kreditlər tədris planı üzrə həmin fənni dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı “ Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və AMEA-nın magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” nın 4.3-cü yarımbəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərti ilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən  müəyyənləşdirilir və həmin müəssisənin internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən dərslərdə iştirak etməklə onun mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Belə olan halda təhsil haqqının ödənilməsi sözügedən  “Qaydalar”ın 4.3-cü yarımbəndinin tələblərinə uyğun həyata keçirilir.

         Universitet Elmi Şurasının 19 iyun 2017-ci il tarixli qərarına əsasən əmr edirəm:

  1. 1. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu olan və həmin fənni dinləmədən kreditləri qazanmaq istəyən  tələbə (ümumilikdə 2 fənn üzrə, hər fəndən 1 dəfə olmaqla) “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və AMEA-nın magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” nın 4.3-cü yarımbəndinin tələblərinə uyğun həmin fənn (fənlər) üçün müəyyən edilən məbləğin 25 faizini ödəməklə təkrar imtahana buraxılsın.
  2. 2. Tədris şöbəsi, fakültə dekanları, mühasibat bu qərardan irəli gələn məsələləri həll etsinlər.​

         Əsas: Universitet Elmi Şurasının 19 iyun 2017-ci il tarixli EŞ-11/1 nömrəli protokolundan   çıxarış, tədris şöbəsinin təqdimatı.