Torpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlamışdır

Dövlətimizin aqrar sahəyə göstərdiyi  qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya laboratoriyaları açılmışdır . Bu tipli laboratoriyanın  biri də ADAU-nun aqronomluq fakültəsinin  torpaqşünaslıq və aqrokimya kafedrasında quraşdırılmışdır . Həmin  laboratoriyada digər  kafedraların hamısı öz elmi – tədqiqat işləri üçün torpaq və bitki analizləri apara biləcəklər . 

Bu laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementləri  təyin  etmək  mümkündür. Bundan əlavə torpağın aqrokimyəvi,  bioloji , su-fiziki , hava və istilik xassələrini də təyin etməyə imkan vardır . 

Laboratoriyanın ən üstün cəhətlərindən biri də odur ki, burada torpaq və bitkilərin tərkibində olan ağır metalları , zəhərli maddələri , aşkar etmək mümkün olacaqdır .

Hazırda  2 tələbəmiz və  bir  laborantımız  Bakı  şəhərində  bu  laboratoriyanın iş prinsipini öyrənib gəliblər və laboratoriya işə başlayıbdır.

Laboratoriya Respublikamızın bütün  bölgələrində  fəaliyyət göstərən  fermerlərə xidmət etməyi nəzərdə tutmuşdur .

Laboratoriyanın fəaliyyət göstərdiyi ünvan:  Gəncə şəhər ,Ozan küçəsi 208 ,  aqronomluq fakültəsinin tədris binasının birinci mərtəbəsi

Əlaqə telefonu : (+994 22) 256-91-00