Mühəndis tələbələrə sürücülük sertifikatları və vəsiqələri təqdim olunub

      Azərbaycan Dövlət Aqrar Universitetində traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük kursları yaradılıb. 
     Kursların yaradılmasında məqsəd tələbələrin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək bacarığına və hüququna yiyələnməsini təmin etməkdir. İlkin olaraq sürücülük hazırlığı kursu üzrə 120 nəfər tələbə iki ay müddətində tədris prosesi keçib, 70 nəfər təhsil müəssisəsi tərəfindən sertifikat alıb. 
Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən təşkil olnanan  test imtahanında  58 tələbə müvəffəq qiymət alaraq sürücülük vəsiqəsi qazanıblar. Test imtahanından əvvəl təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yaradılan kursun əhəmiyyətindən danışıb, tələbələrə uğur arzulayıb. 

      
 
          
 
  -