İğdır Universitetinin rektoru ADAU-nu ziyarət edib

Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı ADAU-da olub. Qonağı səmimi salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ali təhsil müəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr, İğdır Universiteti ilə əlaqələrin genişləndirilməsinin zəruriliyi barədə danışıb. Universitetin tədris korpusları, maddi-texniki bazası ilə yaxından tanış olan Mehmet Hakkı Alma aparılmış işləri yüksək qiymətləndirib, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, qarşıqlıqlı əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu  qeyd edib. Görüşün sonunda rektorlar  hərtərəfli əməkdaşlıq və Mevlana Proqramı çərçivəsində müqavilələr imzalayıblar.