Gürcüstanlı sahibkarlar ADAU-da olub

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin Gürcüstan-Azərbaycan Ərazisi Sərhəd Əməkdaşlığı üçün "Gənc Sahibkarlıq Sinerji (YES!) Şəbəkəsi" layihəsi çərçivəsində bir qrup Gürcüstanlı sahibkar Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. Universitetin maddi-texniki bazası ilə yaxından tanış olan qonaqlar rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla müzakirələr aparıblar. Qonaqlar universitetin bazasının ən müasir tələblərə cavab verdiyini və burada daha çox Gürcüstanlı tələbələnin keyfiyyətli təhsil alamaları üçün böyük imkanların olduğunu bildiriblər.