Eksperimental Tədris Qrupunun tələbələri pomidor və xiyar becərilən istixanalarda olublar

2018-ci il aprelin 14-ü və 15-də  Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq fakültəsində "Gilan Holding" MMC dəstəyi ilə yaradılmış Eksperimental Tədris Qrupunun (ETQ) tələbələri  bağçılıq kafedrasının dosent əvəzi Məhbubə Həsənova, bitkiçilik və  bitki mühafizəsi  kafedrasının assistenti Sahil Quliyev  və Aqromərkəzin nümayəndəsi Fəqan Ağayev ilə birlikdə Şəmkir rayonun  Dəllərcəyir  və Əliyaqublu kəndlərində olan pomidor və xiyar becərilən istixanalarda olublar. Burada tələbələr qeyd olunan tərəvəzlərin torpaqda olmaqla istixana şəraitində becərilməsini, gübrələmə, suvarma və budama işlərinin aparılması qaydaları, eyni zamanda   toplanmış məhsulun qablaşdırılması, saxlanması və daşınması işləri haqda məlumatlandırıldılar.