Ali məktəblər arasında keçirilən sorğunun nəticəsi məlum oldu – ADAU qalibdir

Mektebgushesi.az saytının respublilikada fəaliyyət göstərən 42 universitet arasında keçirdiyi “Hansı universitetdə qış imtahan sessiyası şəffaf keçirilir?” nominasiyalı virtual sorğusu yekunlaşıb.  Sorğuda 11.485 nəfər iştirak edib.
İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən universitet və kolleclərin 29 dekabr – 04 fevral tarixlərində davam edəcək qış imtahan sessiyası başa çatmaq üzrədir. Universitetlərdə imtahanların təşkili və keçirilməsi prosesində şəffaflığın təmin edilməsini öyrənmək məqsədi ilə təşkil olunan virtual sorğuda əsasən tələbələr, müəllimlər, valideyinlər və cəmiyyətin fəal üzüvləri iştirak ediblər. Qeyd edək ki, qış imtahan sessiyası bütün universitetlərdə təhsil ekspertləri, QHT nümayəndələri və media təmsilçilərinin də iştirakı ilə təşkil olunan İctimai Şuranın imtahan prosesini yaxından izləməsi ilə müşayət olunub.

Sorğuda iştirak edən universitetlərdən “3 və 4” hətta “0” (sıfır) səs alanlar da var. Mektebgushesi.az virtual sorğunun yekun nəticələrini təqdim edir:

Hansı universitetdə qış imtahan sessiyası şəffaf keçirilir?

  • Azərbaycan Dövlət Aqrar Universiteti (16%, 1.829 səs)
  • Azərbaycan Dövlət İqtisad Universiteti (15%, 1.681 səs)
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti (15%, 1.668 səs)
  • Bakı Dövlət Universiteti (14%, 1.664 səs)
  • Lənkəran Dövlət Universiteti (7%, 754 səs)
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (4%, 488 səs)
  • Xəzər Universiteti (4%, 428 səs)
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti (3%, 357 səs)
  • Azərbaycan Tibb Universiteti (3%, 304 səs)
  • Azərbaycan Texniki Universiteti (2%, 268 səs)
  • Azərbaycan Dillər Universiteti (2%, 254 səs)
  • Azərbaycan Diplomatik Akademiyası (2%, 248 səs)
  • Bakı Mühəndislik Universiteti (2%, 202 səs)
  • Bakı Slavyan Universiteti (1%, 149 səs)
  • Baki Ali Neft Məktəbi (1%, 138 səs)
  • Qərb Universiteti (1%, 105 səs)
  • Azərbaycan Respublikasının Prizidenti yanında Dövlət İdarəçik Akademiyası (1%, 103 səs)
  • Azərbaycan İlahiyyat İnistitutu (1%, 103 səs)
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (1%, 94 səs)
  • Odlar Yurdu Universiteti (1%, 93 səs)
  • Azərbaycan Turizim İnistitutu (1%, 77 səs)
  • Azərbaycan Universiteti (1%, 62 səs)
  • Bakı Avrasiya Universiteti (1%, 61 səs)
  • Mingəcevir Dövlət Universiteti (1%, 61 səs)
  • Azərbaycan Dövlət Dəniz Akademiyası (0%, 48 səs)
  • Sumqayıt Dövlət Universiteti (0%, 44 səs)
  • Gəncə Dövlət Universiteti (0%, 40 səs)
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (0%, 39 səs)
  • Bakı Musiqi Akademiyası (0%, 37 səs)
  • Azərbaycan Milli Konservatoriyası (0%, 33 səs)
  • Naxcivan Dövlət Universiteti (0%, 24 səs)
  • Bakı Biznes Universiteti (0%, 8 səs)
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (0%, 5 səs)
  • Bakı Qızlar Universiteti (0%, 4 səs)
  • Naxcıvan Müəllimlər Universiteti (0%, 4 səs)
  • Azərbaycan Texnaloqiya Universiteti (0%, 3 səs)
  • Azərbaycan Kooperasiya Universiteti (0%, 3 səs)
  • Naxcıvan Özəl Universiteti (0%, 2 səs)
  • Azərbaycan İctimai-Siyasi Universiteti (0%, 0 səs)

https://mektebgushesi.az/2019/01/31/sorgunun-n%C9%99tic%C9%99si-m%C9%99lum-oldu-adau-qalibdir/?fbclid=IwAR3AwLu6vnZboEp-ZVBMIFxV-7__xzG0TgoTiY8ZN3febjNgADSGeA3AjRY