ADAU yenə “Tədris ilinin ən yaxşı universiteti” yarışmanın qalibi olub

Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan Azərbaycan Universitetləri səhifəsi daha bir yarışmanın qalibini elan edib. Cumhuriyyətin 100-cü ilində "2017-2018-ci tədris ilinin ən yaxşı universiteti" yarışmasında tələbələrin 79 faiz səsi ilə Azərbaycan Dövlət Aqrar Universiteti yenə qalib gəlib.

Əminliklə qeyd etmək olar ki, Azərbaycan Dövlət Aqrar Universiteti  dünya standartlarına cavab verən kampus sisteminə malikdir. Universitetin maddi-texniki bazası, infrastrukturu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, aqrar sahəyə, aqrar təhsilə və aqrar elmə diqqət və qayğısının təzahür formalarından biridir. Universitetdə hər biri 500-dən çox tələbənin yaşaması üçün tikilib istifadəyə verilən 2 tələbə evi, mərkəzlər, laboratoriyalar, auditoriyalar, alınan  müasir kənd təsərrüfatı texnikaları, avadanlıqlar və digər təsisatlar burada keyfiyyətli təhsil almağa tam zəmanət verir.  Universitetdə demək olar ki, hər gün bir yenilik-yeni obyeklərin istifadəyə verilməsi, quruculuq-abadlıq işləri, təcrübə sahələrində yeni metodlarla dərslər, aparıcı şirkətlər tərəfindən tələbələrin təcrübəyə dəvət olunması, ödənişsiz kurlsar kimi tələbə həyatı üçün zəruri olan hadisələr baş verir.  Bir söslə aqrar sahə üçün kadr hazırlayan yeganə təhsil  müəssisəsində tam şərait yaradılıb.

Yeri gəlmişkən, Cümhuriyyətin ilk parlament binası da məhz ADAU-nun hazırki binası olub. Hazırda ali məktəblər içində ADAU-nun xüsusi yeri olduğunu görməmək mümkün deyil. ADAU artıq 2-ci dəfə ən yaxşı universitet seçilir.