ADAU-nun Tələbələri Qış Liderlik Məktəbində iştirak hüququ əldə ediblər

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri, Leyla Kərimova, Əlrəhman Verdiyev və Eşqin Daşdəmirov Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının birgə həyata keçirdiyi "Qış - Liderlik Məktəbi" Mingəçevir layihəsinə iştirak hüququ qazanıblar.

Tələbələr artıq Mingəçevirdə layihəyə qoşulublar.

Artıq 10-cu dəfədir ki, keçirilən “Liderlik məktəbi” layihəsində respublikada fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsil müəssisələrinin seçilən yalnız I və II kurs bakalavr tələbələri iştirak edirlər. Gənc liderlərin yetişdirilməsinə yönələn bu layihə gənclərə liderlik, komanda işi, hədəfə çatmaq əzmi kimi keyfiyyətləri aşılayacaq.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və ATGTİ-nin birgə həyata keçirdiyi layihə 5-11 fevral aralığını əhatə edəcək.

http://ganjanews.az/2018/02/07/t%C9%99hsil/adau-nun-t%C9%99l%C9%99b%C9%99l%C9%99ri-q%C4%B1%C5%9F-liderlik-m%C9%99kt%C9%99bind%C9%99-i%C5%9Ftirak-h%C3%BCququ-%C9%99ld%C9%99-edibl%C9%99r.html