ADAU-nun tələbə evində birinci kurs tələbələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə evlərində hər il birinci kurs tələbələri ilə görüş keçirilir, təhsil müəssisəsi və yataqxanada birgə yaşayış qaydaları, daxili intizam məsələləri haqqında ətraflı məlumat verilir.

2 saylı tələbə evində keçirilən görüşdə ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova qeyd edib ki, sizinlə görüşdə məqsəd universitet haqqında ətraflı bilgi vermək, tələbə olaraq üzərinizə düşən məsulliyyəti izah etməkdir. Son illər təhsil müəssisəsinə dövlət qayğısının daha da artdığını vurğulayan A. Qasımova burda keyfiyyətli təhsil almaq, bazar rəqabətli kadr olmaq üçün hər şəraitin yaradıldığını da nəzərə çatdırıb.

Görüşdə ölkədə aparılan gənclər siyasətindən, aqrar sahənin inkişafında aqrar təhsilin rolundan, ölkə təhsilinin ən müasir səviyyədə qurulmağından da ətraflı danışılıb.