ADAU-nun rektoru Volqoqrad Dövlət Aqrar Universitetində səfərdədir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşlıq etdiyi Rusiya Federasiyasının aparıcı ali təhsil müəssisələrindən biri  Volqoqrad Dövlət Aqrar Universitetidir. Əsası 1944-cü ildə qoyulmuş, indiyədək 43 000-dən çox məzunu olan, 8 fakültəni özündə birləşdirən, 15 000 tələbənin təhsil aldığı təhsil müəssisəsi zəngin maddi-texniki bazaya, o cümlədən 15 000 hektarlıq tədris-təcrübə təsərrüfatına malikdir.

Volqoqrad Dövlət Aqrar Universitetinin yaranmasının 75 illik yubileyinə həsr olunan tədbirdə iştirak edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması məsələlərini müzakirə etmişdir.  Universitetin rektoru, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü, professor Aleksey Ovçinnikovla görüşdə qeyd olunan məsələlər barədə danışılıb, prioritetlər müəyyənləşdirilib.

Yubiley tədbirləri çərçivəsində 10 il bundan əvvəl təsis olunmuş “Aqrar Universitet Kompleksi” Assosiyasiyasının iclasında rektor İbrahim Cəfərov Assosiyasiyanın həqiqi üzvü seçilib və ona müvafiq diplom verilib, eyni zamanda, universitetin 75 illiyinə həsr olunan yubiley medalı ilə təltif olunub. Bundan başqa,  ADAU ilə yanaşı Serbiya, Özbəkistan, Macarıstan, Belarus, Yunanıstan, Moldaviya, Fransa və digər ölkələrin ali təhsil müəssisələrinin nümyəndələrinin iştirak etdiyi tədbirdə ali aqrar təhsil müəssisələrinin yeni redaksiyada Xartiyası imzalanmışdır.