ADAU-nun baytarlıq ixtisasının tələbələri İstanbul Universitetində kliniki təcrübə keçirlər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti və Zoomühədislik fakültəsinin “baytarlıq” ixtisasının V kursunda  təhsil alan beş tələbəsi-Xıdırlı Sabir Qalib oğlu, Sultanov Mirdaməd Ağamir oğlu, Məlikov Cəlal Eliş oğlu, Rzayev Qismət Rüstəm oğlu və Ələkbərov Suliddin Nəsir oğlu ADAU ilə arasında əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul Universitetində  kliniki təcrübə keçirlər. 2016-cı ilin iyulun 06-dan avqustun 06-dək müddəti əhatə edən təcrübənin birinci həftəsində tələbələr İstanbul Universitetinin nəzdində fəaliyyət göstərən xəstəxananın doğum və ginekoliji şöbəsində olublar. Bu müddət ərzində tələbələr heyvanlarda olan ginekoloji xəstəliklərin müayinəsini aparmış, müalicəsi mümkün olan xəstələliklərə düzgün diaqnoz qoyulması üçün lazim olan metodları,  yeni avadanlıqların işləmə pirinsipini öyrənmişlər. Bundan başqa, tələbələr şöbədə yerləşən əməliyyatxanada heyvanlar üzərində ovariectomia, endometria, caesarea əmiyyatlarında iştirak etmişlər. Təcrübə müddətinin ikinci həftəsində  xəstəxananın cərrahiyə şöbəsində təcrübə keçərək avadanlıqlarla tanış olmuş, hidrosefali, çanaq budunun displaziyası, hernia, L4-5 herni diskal, hematoma,  xoş xassəli şiş və bir çox əməliyyatlarda iştirak etmiş, xəstə heyvanların müayinəsində, diaqnozun qoyulması və müalicəsi ilə yaxından tanış olmuşlar.