ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq əlaqələri genişlənir

ADAU ilə sıx əməkdaşlıq əlaqələri olan universitetlərdən biri Sloveniyanın Nova Gorica Universitetidir. Avropa İttifaqının ERASMUS+ programı çərçivəsində ADAU-nin bir magistrantı qeyd olunan universitetdə təhsilini başa vurmuşdur. Hazırda bir doktorant təhsil almaqdadır, yaxın günlərdə daha 3 tələbənin göndərilməsi nəzərdə tutulmuşdur.

Universitetlərarası əlaqələrin genişləndirilməsi məqsədilə, ERASMUS+layihəsi çərçivəsində ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov Sloveniyada səfərdədir. A.Hətəmov səfəri çərçivəsində Nova Gorica Universitetinin rektoru, prof. dr. Danilo Zavrtanik ilə görüşərək ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun salamlarını çatdırmış, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə etmişdir. Müzakirədə univesitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müəllim və tələbə mübadiləsinin artırılması, birgə və ikili diplomlu təhsil proqramlarının həyata keçirilməsi, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələləri müzakirə olunmuşdur.