ADAU ilə Daşkənd Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Özbəkistanın Daşkənd Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, bu müqavilə əsasında iki ölkə arasında qarşılıqlı müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi, həmçinin ali təhsilli mütəxəssislərin birgə hazırlanması barədə atılmış böyük bir addımdır.

Daşkənd Dövlət Aqrar Universitetinin prorektoru Abduaziz Abduvasikov Azərbaycan Dövlət Aqrar Universiteti haqqında təəssuratlarını bölüşərək, əməkdaşlığın gələcəkdə daha da genişləndiriləməsinin vacibliyini vurğulayıb.