ADAU-da Müstəqillik günü ilə bağlı şahmat yarışı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  Aqrar iqtisadiyyat, Aqrobiznes və idarə etmə fakültələrində  18 oktyabr-Dövlət Müstəqilliyi günü ilə əlaqədar şahmat yarışı keçirilib.

Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov bildirilib ki, əvəzsiz milli sərvətimiz olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb bir vəzifədir. Müstəqilliyimizin ilk illərində onun itirilməsi təhlükəsi yarananda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyası həyata keçirib. Azərbaycan  indi müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu illərdə Azərbaycan Respublikası dünya birliyinin müstəqil ölkələri sırasında layiqli yerini tutub və hazırda tarixin ağır sınaqlarından çıxan respublikamız özünəməxsus inkişaf yolu ilə inamla irəliləyir. Həmçinin qeyd edilib ki, memarı və qurucusu ümummilli lider Heydər Əliyev olan müstəqil dövlətimizi indi də dinamik  inkişaf ömrü yaşayır.

Sonra şahmat yarışına start verilib. Bildirək ki, 1, 2 və 3-cü yerləri tutan tələbələrə fəxri fərman və pul mükafatı veriləcək.