ADAU-da “Gənc tədqiqatçılar üçün Open Academy” adlı layihənin icrası başladı

Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə evində Gənc alim, Aspirant və Magistrlər Cəmiyyəti Gənclər Fondunun dəstəyi ilə “Gənc tədqiqatçılar üçün Open Academy” adlı layihə start götürüb.

Məlumat üçün bildirək ki, layihənin əsas mədsədi doktorant, dissertant və magistrlərin “crowdfunding” platformaların, “open innovation”, “open date” haqqında geniş bilik və informasiyalar əldə edilməsinə nail olmaq, bu platformalarda iştirakın vacibliyi haqqında gənc tədqiqatçıların məlumatlandırmaq, Open Academy vasitəsilə “crowdfunding” platformalarının gənclər arasında geniş yayılmasına nail olmaqdır.

Bu məqsədlə Bakı, Gəncə və Mingəçevir şəhərlərinin hər birində 2 günlük seminarların təşkili planlaşdırılıb.

ADAU-nun tələbə evində keçirilən tədbirdə bildirilib ki, seminarlar vasitəsilə doktorant, dissertant və magistrlərə Avropa elmi məkanında və dünyanın elm tutumlu dövlətlərində geniş yayılan “Open Science”, “Open Access”, “Open Research date”, “Open innovation”, “Open research computation”, “Citizen science”, “Scientific social network” haqqında bilik və informasiyalar gənc tədqiqatçılar üçün olduqca vacib və əhəmiyyətli sahələrdir. Tədqiqat zamanı tətbiq olunan bu sistem və onun özəllikləri haqqında seminar müddətində prezentasiyalar təqdim ediləcək. Eyni zamanda, indeksli Open Access jurnallarına çıxış imkanları, bu jurnallarda çap olunma qaydaları, “ORCİD” (Open Researcher and Contributor İD), bu sistemin xeyirli tərəflərindən və imkanlarından danışılıb. Burada ödənişsiz qeydiyyat və bununla bağlı beynəlxalq APA stili haqqında da iştirakçılar məlumatlandırılıb.

Qeyd edək ki, seminarın sonunda iştirakçılara sertifikatlar veriləcək.