Azərbaycan Dövlət Aqrar Universitetində beynəlxalq ECDL sertifikatı təqdimetmə mərasimi keçirilmişdir

8 iyun 2016-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində beynəlxalq ECDL sertifikatı təqdimetmə mərasimi keçirilmişdir. Mərasimi açılış sözü ilə ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açmışdır. Sonra Qafqaz Universitetinin (QU) Xarici əlaqələr şöbəsinin müdiri, ECDL Azərbaycanın təşkilatının koordinatoru Üzeyir Bağırov ECDL sertifikatının faydaları haqqında məlumat vermişdır. Daha sonra ADAU-nun ECDL Təlim və Test Mərkəzinin koordinatoru Etibar Verdiyev layihə çərçivəsində görülmüş işlər haqqında qısa məruzə etmişdir.

Mərasimdə ECDL sertifikat proqramı üzrə təşkil olunmuş test prosesini uğurla keçmiş 75 iştirakçı beynəlxalq ECDL sertifikat ilə təltif etdilmişdir. Təltif edilənlərin 16 nəfəri müəllim, 15 nəfəri tədris-köməkçi heyət üzvü və 44 nəfəri isə tələbə olmuşdur. Müəllimlərdən 2 nəfər (E.Verdiyev, A.Masimov) ilk dəfə regionda Avroda imtahan verərək bu sertifikatla təltif edilmişdir. Qaliblərdən 16 nəfər tələbə və 1 nəfər müəllim Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə Regional Kolleci və Gəncə Tibb Kollecindən olmuşdur.

Mərasimdə  Etibar Verdiyev layihədəki səmərəli fəaliyyətinə görə QU-nun Təşəkkürnaməsi ilə təltif edimişdir. Layihə iştirakçıları Cavad Hacıyev, Urfan Tağıyev, Mehdi Hüseynov, Mahil Məmmədov, Afiq Məsimov, Zaman Zeynalov və Gəncə şəhərində fəaliyyət göstərən digər universitet və kolleclərin tələbələri ECDL Azərbaycan təşkilatının hədiyyələri ilə təltif edilmişdir.

Mərasimin sonunda qaliblərin şərəfinə çay ziyafəti təşkil olunmuşdur.