Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan edir

AYLIQ VƏZİFƏ MAAŞI: 800 manat

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Universitetin beynəlxalq əlaqələr üzrə strategiyasının yenidən işlənilməsi;
  • Beynəlxalq proqram və layihələrdə universitetin iştirakının genişləndirilməsi;
  • Əməkdaşlığın üstün istiqamətlərinin hazırlanması və həyata keçirilməsi;
  • Əcnəbi tələbələrin cəlb edilməsi, müəllim və tələbələrin mübadiləsinin genişləndirilməsi;
  • Beynəlxalq səviyyəli tədbirlərdə universitetin təmsil olunması;
  • İkili diplom proqramları və startap layihələrinin reallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Fondrayzinq və layihə menecmentinin təşkili.
  •  

ƏSAS TƏLƏBLƏR:

  • Ünsiyyətçilik, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq keyfiyyətləri;
  • Müvafiq sahə üzrə ən azı magistr dərəcəsi və iş təcrübəsi (beynəlxalq təşkilatlarda, diplomatik korpuslarda çalışmış namizədlərə üstünlük veriləcəkdir);
  • Xarici dillərdən ən azı ikisini (ingilis və rus dillərini) mükəmməl bilməsi.
  • Kompyuter bilikləri.

Göstərilən tələblərə cavab verən namizədlər  öz tərcümeyi hallarını (CV-lərini) mövzu yerinə  “BƏŞ müdiryazmaqla office@adau.edu.az  və ya  a.hatamov@adau.edu.az  elektron ünvanlarına göndərə bilərlər.

Müraciət üçün son tarix: 22 yanvar 2019-cu il

ÜNVAN: 450, Atatürk prospekti, Gəncə şəhəri, Azərbaycan

Tel./faks:+994222565733

www.adau.edu.az