YAP dünənin, bugünün, gələcəyin partiyasıdır

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tədbir iştirakçılarını həm YAP-ın yaranmasının 29-cu, həm də Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib, 44 günlük müharibədən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, partiyanın keçdiyi şərəfli yoldan danışıb. Rektor deyib ki, tarixi zərurət nəticəsində yaranan YAP çox qısa müddətdən sonra Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb.

Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası Yarandığı gündən ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz proqram və nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatıldı. Qısa müddət ərzində YAP siyasi cəhətdən yetkinləşən, xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrildi.

Sonra Universitetin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov, müəllimlərdən Çinarə Səfərova və Aytəkin Bağırova çıxışlar edərək ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, partiyanın cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirdiyini faktlarla təhlil ediblər.

Tələbələrdən Rauf Quliyev və Aysu Hacıyeva bildirib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə gənclərinə, onların təhsilinə, aparıcı işlərlə təmin olmasına xüsusi diqqət yetirilib və bu siyasət indi də uğurla davam etdirilir.


YAP dünənin, bugünün, gələcəyin partiyasıdırYAP dünənin, bugünün, gələcəyin partiyasıdırYAP dünənin, bugünün, gələcəyin partiyasıdırYAP dünənin, bugünün, gələcəyin partiyasıdırYAP dünənin, bugünün, gələcəyin partiyasıdırYAP dünənin, bugünün, gələcəyin partiyasıdırYAP dünənin, bugünün, gələcəyin partiyasıdırYAP dünənin, bugünün, gələcəyin partiyasıdırYAP dünənin, bugünün, gələcəyin partiyasıdır