Rumıniyanın Təbiət Elmləri Universitetinin bir qrup əməkdaşı ADAU-da olub

Rumıniyanın Timişoara şəhərində yerləşən I Kral Mihai adına Təbiət Elmləri Universitetinin nümayəndələri professor Ökrös Adalbert və professor Florin-Vasile Prunar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdədir.

Qonaqlarla görüşən Universitetin rektor əvəzi Zəfər Qurbanov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Bildirilib ki, ADAU ilə Rumıniyanın Təbiət Elmləri Universiteti arasındakı sıx əməkdaşlıq əlaqələri daha da inkişaf etməkdədir.

Çıxış edən Ökrös Adalbert və Florin-Vasile Prunar təmsil etdikləri universitetin fəaliyyətindən danışıb. Qonaqlar deyib ki, Aqrar Universitetdə yaradılan laboratoriyalar, müasir avadanlıqlar və təcrübə imkanları kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi üçün münbit şərait yaradır.

Sonra birgə tədqiqat işlərinin aparılması, müəllim-tələbə mübadiləsi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.


Rumıniyanın Təbiət Elmləri Universitetinin bir qrup əməkdaşı ADAU-da olubRumıniyanın Təbiət Elmləri Universitetinin bir qrup əməkdaşı ADAU-da olub