Özbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb

Özbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutunun nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdədir.

Qonaqlarla görüşən ADAU-nun rektor əvəzi Zəfər Qurbanov universitetin maddi-texniki bazası, beynəlxalq əlaqələri və tədris-təcrübə imkanları barədə məlumat verib. O, bildirib ki, eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Azərbaycan-Özbəkistan münasibətləri Prezident İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.

Çıxış edən Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutunun rektoru Jurayev Abduqaffor Safaroviç səmimi qarşılama üçün təşəkkür edib. Gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin icrası məsələlərini müzakirə edib.

Sonda Azərbaycan Dövlət Aqrar Unviersiteti ilə Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Görüşdən sonra qonaqlar universitetin Aqronomluq fakültəsində və Biotexnologiya mərkəzində olublar. Daha sonra xarici nümayəndə heyəti Gəncə şəhərində erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıblar.

Qonaqlar baş verən terror aktı barədə məlumatlandırılıblar. Bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan - “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə atəşə tutub. Bu hücumların həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.


Özbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbÖzbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbÖzbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbÖzbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbÖzbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbÖzbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbÖzbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbÖzbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbÖzbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbÖzbəkistan Termiz Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutu ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb