Litvanın Azərbaycandakı səfiri Aqrar Universitetdə olub

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Litvanın “Cormack Consultancy Group”un direktor müavini Gintaras Steponaviciusla birlikdə Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Görüş zamanı ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonağa universitetin maddi-texniki imkanları, ikili diplom proqramları, kadr potensialı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor bildirib ki, gələcəkdə Litvada yerləşən aqrar yönümlü universitetlərlə əlaqələrin qurulmasında Azərbaycan Dövlət Aqrar Universiteti maraqlıdır.

Eqidius Navikas Gəncə şəhərinə ilk dəfədir ki, səfər etdiyini və bu səfər çərçivəsində Aqrar Universitet ilə tanış olmaqdan məmnunluq duyduğunu ifadə edib. O, ölkələrarası münasibətlərin daha da inkişaf etməsində universitetlərarası əlaqələrin rolunun böyük olacağını vurğulayıb.

Sonra qonaqlar ADAU-nun yeni tədris korpusuna baş çəkib, müasir laboratoriyalar və auditoriyalar ilə tanış olublar.

Litvanın Azərbaycandakı səfiri Aqrar Universitetdə olubLitvanın Azərbaycandakı səfiri Aqrar Universitetdə olubLitvanın Azərbaycandakı səfiri Aqrar Universitetdə olubLitvanın Azərbaycandakı səfiri Aqrar Universitetdə olubLitvanın Azərbaycandakı səfiri Aqrar Universitetdə olubLitvanın Azərbaycandakı səfiri Aqrar Universitetdə olub