“Let’s play Mangala” tarixi manqala oyununun təbliği layihəsi həyata keçirilib

Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi təşkilatlarının tərəfdaşlığı və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə keçirilən “Let’s play Mangala” tarixi manqala oyununun təbliği adlı layihə baş tutub.

Layihənin açılışında çıxış edən ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov, GİKM-in və Gənclər Evinin əməkdaşları Seymur Vəliyev və Şəhriyar Hacıyev gənclərin fəal olmalarının, layihələrdə aktiv şəkildə iştirak etmələrinin gələcək karyeralarındakı vacibliyindən danışıblar.

Təlimçi, ADAU-nun əməkdaşı Fərrux Rəhimli bildirib ki, layihənin keçirilməsində məqsəd yeni nəslin intellektual və strateji oyunlara cəlb edilməsi, həmçinin milli-etnik dəyərlərimizə sahib, tarixi əhəmiyyəti olan oyunları gənclərə tanıtmaqdır.

Layihə rəhbəri Nigar Bayramova tərəfindən 2 günlük təlimlər ADAU-da, yarışlar Gənclər Evində təşkil olunub.

Yekun bağlanış mərasimində oyunun qalibi hədiyyələr və bütün iştirakçılar sertifikatla təltif olunublar.


“Let’s play Mangala” tarixi manqala oyununun təbliği layihəsi həyata keçirilib“Let’s play Mangala” tarixi manqala oyununun təbliği layihəsi həyata keçirilib“Let’s play Mangala” tarixi manqala oyununun təbliği layihəsi həyata keçirilib“Let’s play Mangala” tarixi manqala oyununun təbliği layihəsi həyata keçirilib“Let’s play Mangala” tarixi manqala oyununun təbliği layihəsi həyata keçirilib“Let’s play Mangala” tarixi manqala oyununun təbliği layihəsi həyata keçirilib“Let’s play Mangala” tarixi manqala oyununun təbliği layihəsi həyata keçirilib