Laçının yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi addım, böyük nailiyyətdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədbir keçirilib.

Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Laçının yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi addım, böyük nailiyyətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad olunması xalqımızın tarixinə qızıl hərflərlə yazılmaqla öz doğma torpaqlarından didərgin düşən soydaşlarımızın Vətən həsrətinə son qoyulmasına, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olub. 10 noyabr 2020-ci il tarixli Bəyanatının bəzi müddəalarının Ermənistan tərəfindən yerinə yetirməmək və revanşist cəhdləri Azərbaycan Ordusunun qüdrəti, aparılan uğurlu xarici siyasət nəticəsində iflasa uğramaqdadır. Bunun bariz nümunəsi “Qisas” əməliyyatının həyata keçirilməsi ilə strateji yüksəkliklərə nəzarətin təmin edilməsi və bu gün – 26 avqust 2022-ci il tarixində Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsidir. Əlbəttə ki, Ali Baş Komandanın rəhbərliyi ilə növbəti mərhələdə üçtərəfli Bəyənatın müddəalarının uğurla icrasının təmin ediləcəyinə heç bir şübhə ola bilməz.

Digər çıxış edənlər professor Siyasət Məmmədov və dosent Xalsa Nəsibova da belə böyük sevinci xalqımıza yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.


Laçının yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi addım, böyük nailiyyətdirLaçının yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi addım, böyük nailiyyətdirLaçının yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi addım, böyük nailiyyətdirLaçının yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi addım, böyük nailiyyətdirLaçının yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi addım, böyük nailiyyətdirLaçının yenidən Azərbaycanın nəzarətinə keçməsi tarixi addım, böyük nailiyyətdir