İkili diplom proqramı çərçivəsində fəaliyyət göstərən tədqiqat və təhsilin keyfiyyəti şurasının növbəti görüşü keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində fəaliyyət göstərən tədqiqat və təhsilin keyfiyyəti şurasının növbəti iclası təşkil olunub.

Görüşdə təhsil nazirinin müşaviri Nicat Məmmədli, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, Ege Universitetinin prorektoru Hakan Atılgan, Ege Universiteti Türk Dünyası Araşdırmalar mərkəzinin müdir müavini Atıf Akgün, Korporativ kommunikasiyalar və beynəlxalq əlaqələr mərkəzinin koordinatoru Fulsen Özen, Elm-texnologiyalar tətbiqi və araşdırması mərkəzinin rəhbəri Şenay Şanlıer, ikili diplom proqramının direktoru Fərrux Rəhimov, proqram katibi Lamiyə Quliyeva, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı idarəetmə qrupunun proqram mütəxəssisi Nərgiz Səfərəliyeva və digər mütəxəssislər iştirak ediblər.

Çıxış edən Anar Hətəmov iştirakçılara ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun salamlarını çatdıraraq bildirib ki, 10-14 may 2022-ci il tarixlərində Ege Universitetinin rektoru professor Necdet Budakın ADAU-ya səfəri ikili diplom proqramının gedişində müsbət istiqamətdə bir çox yeniliklərə səbəb olub.

Sonra digər iştirakçılar da çıxış edərək ikili diplom proqramının gedişatı barədə fikirlərini bildiriblər.

İclasda imtahanların keçirilmə prosesi, növbəti semestrə hazırlıq işləri, EGE+ diplomu və digər məsələlər müzakirə olunub.

İkili diplom proqramı çərçivəsində fəaliyyət göstərən tədqiqat və təhsilin keyfiyyəti şurasının növbəti görüşü keçirilibİkili diplom proqramı çərçivəsində fəaliyyət göstərən tədqiqat və təhsilin keyfiyyəti şurasının növbəti görüşü keçirilibİkili diplom proqramı çərçivəsində fəaliyyət göstərən tədqiqat və təhsilin keyfiyyəti şurasının növbəti görüşü keçirilib