Şirkət və müəssisələr tərəfindən ADAU məzunlarına maraq artır

Kənd təsərrüfatı texnikası və avadanlığının təchizi ilə məşğul olan “4S” şirkətinin rəhbəri Akşin Ağayev Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Qonaqla görüşən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ADAU ilə yerli və xarici şirkətlərin son zamanlar dinamik inkişaf edən sıx münasibətlərindən söz açıb.

Z.Qurbanov bildirib ki, məzunların işlə təmin olunması məsələsi daim diqqətdə saxlanılır. Buna görə də universitet – sənayə əməkdaşlığı mühüm əhəmiyyətə malikdir.

Çıxış edən Akşin Ağayev təmsil etdiyi şirkətin fəaliyyətindən bəhs edib. Bildirib ki, “4S” şirkəti 2017-ci ilin noyabrından etibarən Almaniyanın ən böyük konserni olan CLAAS tərəfindən Azərbaycan ərazisində servis tərəfdaşı təyin edilib. Hal-hazırda respublika ərazisində şəxsi ehtiyat hissələri anbarlarına, müasir təmir bazasına və mobil mühəndis briqadalarına malik olan bir neçə nümayəndəlik və servis məntəqələri fəaliyyət göstərir.

Həmçinin, görüşdə bir nəfər Aqrar Universitet məzunu və magistr tələbəsinin “4S” şirkəti tərəfindən işə qəbul olunması və bir neçə tələbənin isə praktikaya cəlb olunması məsələlərindən də danışılıb.


Şirkət və müəssisələr tərəfindən ADAU məzunlarına maraq artırŞirkət və müəssisələr tərəfindən ADAU məzunlarına maraq artır