Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri vəfat edib

Azərbaycanın aparıcı və nüfuzlu alimlərindən biri, texnika elmləri doktoru, Beynalxalq Aqrar Təhsil Akademiyasının və Türk Dünyası ölkələr arası araşdırmalar akademiyasının həqiqi üzvü, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, Azərbaycan Dövlət Aqrar Universitetinin alimi, akademik Xalid Hümbətəli oğlu Qurbanov 2022-ci il fevralın 26-da ömrünün 84-cü ilində dünyasını dəyişib. Mərhum “İmamzadə” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, ADAU-nun rektoru İbrahim Cəfərov, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

Niyazi Bayramov mərhumun ailə üzvlərinə başsağlığı diləyib və bildirib ki, Xalid Qurbanov Gəncənin nəinki elmi həyatında, o cümlədən ictimai-siyasi sahəsində də böyük xidmətləri olub.

ADAU-nun rektoru, professor İbrahim Cəfərov və Gəncə Şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov Xalid Qurbanovun həyat və elmi nailiyyətlərindən danışıblar. Bildirilib ki, professor Qurbanov X.H. Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən ixtisaslaşdırılmış dissertasiya şurasının və Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının kənd təsərrüfatı bölməsinin sədri olub. 2001-ci ildən Beynəlxalq Aqrar Təhsil Akademiyasının və 2008-ci ildən Türk Dünyası Ölkələrarası Araşdırmalar Akademiyasının akademiki idi. Tanınmış alim, bacarıqlı elm xadimi Xalid Hümbətəli oğlu Qurbanovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacağı vurğulanıb.

Qeyd edək ki, texnika elmləri doktoru professor Xalid Hümbətəli oğlu Qurbanov 10 dekabr 1938-ci ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı və Əməkdar Müəllim fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri vəfat edibGəncə Şəhər Ağsaqqallar Şurasının sədri vəfat edibGəncə Şəhər Ağsaqqallar Şurasının sədri vəfat edibGəncə Şəhər Ağsaqqallar Şurasının sədri vəfat edibGəncə Şəhər Ağsaqqallar Şurasının sədri vəfat edibGəncə Şəhər Ağsaqqallar Şurasının sədri vəfat edib