Erasmus+ proqramı çərçivəsində ADAU-da növbəti təlimlər keçirilib

1-8 iyul tarixlərində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Polşanın Varşava Təbiət Elmləri Universitetləri arasında Erasmus+ proqramı çərçivəsində Varşava Təbiət Elmləri Universitetinin Maliyyə kafedrasının dosenti Serhiy Zabolotnyy tərəfindən ADAU-nun Aqrar İqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və magistr tələbələr üçün onlayn seminarlar təşkil edilib.

Onlayn seminarlar ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Hüseynovun elmi rəhbərliyi ilə keçirilib.

Seminarlar zamanı Maliyyə və iqtisadi nəzəriyyə kafedrası ilə Varşavanın Təbiət Elmləri Universitetinin eyni kafedrası arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri də müzakirə edilib.

Qeyd edək ki, ADAU ilə Varşava Təbiət Elmləri Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq 2015-ci ildən qurulub və hər il hər iki universitet arasında qarşılıqlı tələbə və müəllim mübadiləsi aparılır.


Erasmus+ proqramı çərçivəsində ADAU-da növbəti təlimlər keçirilibErasmus+ proqramı çərçivəsində ADAU-da növbəti təlimlər keçirilibErasmus+ proqramı çərçivəsində ADAU-da növbəti təlimlər keçirilib