Diplomat Bleyk Doqert: ADAU regionda kifayət qədər yüksək nüfuza sahib universitetdir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyinin İqtisadi və Ticarət sahəsi üzrə müşaviri Bleyk Doqert və Ticarət məsələləri üzrə mütəxəssisi Gövhər Məmmədova Gəncə şəhərinə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Qonaqlarla görüşən ADAU-nun rektor əvəzi Zəfər Qurbanov Aqrar Universitetin ölkəmizdə kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis hazırlayan ali təhsil ocağı olduğunu diqqətə çatdırıb. Universitetin beynəlxalq əlaqələrindən danışan Z.Qurbanov Türkiyənin Ege Universiteti və ABŞ-ın Oklahoma Dövlət Universiteti ilə birgə icra olunan ikili diplom proqramları haqqında da məlumat verib.

Xanım diplomat Bleyk Doqert çıxışında Azərbaycan Dövlət Aqrar Universitetinin regionda kifayət qədər yüksək nüfuza sahib olduğunu vurğulayıb. O, xüsusilə su resurslarının idarə olunması və bu sahədə görülə biləcək işlər haqqında da danışıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri və birgə həyata keçirilə biləcək layihələr də müzakirə edilib.

Sonra qonaqlar Universitetin “John Deere”, “New Holland Agriculture” təlim mərkəzlərində, “Kəhriz” tədqiqat və informasiya mərkəzində və Tələbə parkında olublar.

Diplomat Bleyk Doqert: ADAU regionda kifayət qədər yüksək nüfuza sahib universitetdirDiplomat Bleyk Doqert: ADAU regionda kifayət qədər yüksək nüfuza sahib universitetdirDiplomat Bleyk Doqert: ADAU regionda kifayət qədər yüksək nüfuza sahib universitetdirDiplomat Bleyk Doqert: ADAU regionda kifayət qədər yüksək nüfuza sahib universitetdirDiplomat Bleyk Doqert: ADAU regionda kifayət qədər yüksək nüfuza sahib universitetdirDiplomat Bleyk Doqert: ADAU regionda kifayət qədər yüksək nüfuza sahib universitetdir