Debat klubunun üzvləri ilə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Unviersitetində (ADAU) Debat klubunun üzvləri ilə görüş keçirilib.

Görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, tədris işləri üzrə prorektor Anar Hətəmov, tərbiyə işləri üzrə prorektor Aidə Qasımova, fakültə dekanları və Debat klubunun üzvləri iştirak ediblər.

Çıxış edən İbrahim Cəfərov Debat klubunun üzvlərini “Gəncə Gənclər Debat Forumu” layihəsinin final mərhələsində qalib olmaları münasibətilə təbrik edib. Gənclərə növbəti mərhələdə uğurlar arzu edərək ADAU-nu layiqincə təmsil edəcəklərindən əmin olduğunu vurğulayıb. Bildirib ki, Universitetin Debat klubunun “Larissa” komandasının üzvləri Səma Qocayeva, Nərmin Məmmədova və Ayşə Hümmətova “Gəncə Gənclər Debat Forumu” layihəsinin final mərhələsində xüsusi aktivlik göstərərək yarışda qalib olmağa haqq qazanıblar.

Tələbələr çıxışlar edərək göstərilən diqqətə görə öz təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.


Debat klubunun üzvləri ilə görüş keçirilibDebat klubunun üzvləri ilə görüş keçirilibDebat klubunun üzvləri ilə görüş keçirilibDebat klubunun üzvləri ilə görüş keçirilibDebat klubunun üzvləri ilə görüş keçirilibDebat klubunun üzvləri ilə görüş keçirilib