Azərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası yekunlaşıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi Azərbaycan Respublikası Təhsil Nazirinin 19.05.2022-ci il tarixli F-282 nömrəli əmrinə uyğun olaraq, ali təhsilin bakalavriat və magistratura səviyyələrində 2022-ci il iyun 1-dən iyul 5-dək müddətdə təsdiq olunan imtahan qrafikləri əsasında həyata keçirilib.

İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və digər zəruri tədbirləri həyata keçirmək məqsədilə Qərargah yaradılıb.

İmtahan prosesində biliyin qiymətləndirilməsi ilə bağlı şikayətlərin operativ qəbulu üçün Apellyasiya komissiyası təşkil edilib. Komissiyanın tərkibinə universitetin rəhbərliyi ilə yanaşı, professor-müəllim heyətinin nümayəndələri, akademik məsləhətçilər, tələbə təşkilatı nümayəndələri daxil edilib. Tələbələrə elektron sistem vasitəsi ilə komissiyaya gəlmədən öz apellyasiya şikayətlərini təqdim etmə imkanı yaradılıb.

Universitetin əsaslı kitabxanası sessiya müddətində gücləndirilmiş iş qrafik əsasında fəaliyyət göstərib. Valideyn şurasına, valideynlərə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb. İmtahan prosesinin operativliyini təmin etmək üçün tələbələrə əvvəlcədən xüsusi mühafizə kodu (QR) olan buraxılış vərəqələri təqdim edilib.

Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu test üsulu ilə kompüterdə, şifahi və yazılı formalarda təşkil olunub. Ümumilikdə imtahanların qəbulu 483 qrup üzrə test, 256 qrup üzrə yazılı və 330 qrup üzrə şifahi formada həyata keçirilib.

Test imtahanlarının sualları sessiyanın başlamasından bir ay öncə tələbələrə təqdim edilib, professor-müəllim heyəti müvafiq məsləhət saatlarını tələbələrin iştirakı ilə həyata keçirib. Test imtahanlarının nəticələri tələbənin testi yekunlaşdırdığı anda müəyyən olunub, beləliklə tələbə imtahanı tərk etdiyi zaman fənn üzrə yekun balını öyrənmiş olub.

Yazılı və şifahi imtahanlar xüsusi təlimləndirilmiş nəzarətçilərin iştirakı ilə həyata keçirilib. İmtahan sualları tələbələrə sessiyanın başlamasından bir ay əvvəl təqdim edilib.


Azərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası yekunlaşıbAzərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası yekunlaşıbAzərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası yekunlaşıbAzərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası yekunlaşıbAzərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası yekunlaşıbAzərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası yekunlaşıb