Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə İSO 21001:2018 beynəlxalq standartı üzrə sertifikat qazanıb

Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış 21001:2018 “Təhsil təşkilatları üçün idarəetmə sistemləri – İstifadə üzrə rəhbərlik və tələblər” beynəlxalq standartı üzrə sertifikatını qazanıb.

Sertifikatın təqdim etmə mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə ADAU-nun bu sertifikata layiq görülməsinin əlamətdar hadisə olduğunu və İSO 21001:2018 beynəlxalq standartının tətbiqinin universitet üçün bir çox faydalarının olduğunu deyib. Rektor bildirib ki, bu standart müxtəlif növ təhsil müəssisələrində effektiv və rahat idarəetmə sistemi modelinin tətbiqinə, təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına, bütövlükdə təşkilatda innovasiyaların inkişafının stimullaşdırılmasına kömək etmək üçün lazımdır.

İNSERT Beynəlxalq Sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov qeyd olunan standart üzrə ISO sertifikatını alan ilk ali təhsil müəssisəsi kimi ADAU-ya uğurlar arzu edib.

Sonda sertifikat universitetə təqdim olunub.

Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə İSO 21001:2018 beynəlxalq standartı üzrə sertifikat qazanıbAzərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə İSO 21001:2018 beynəlxalq standartı üzrə sertifikat qazanıbAzərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə İSO 21001:2018 beynəlxalq standartı üzrə sertifikat qazanıb