Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığı genişləndirir

“IBC İrrigation Systems” şirkətinin rəhbəri Hüseyn İşbilir və “Parlar” beynəlxalq fidan şirkətinin rəhbərinin müşaviri Ömər Börekçioğlu Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Qonaqlarla görüşən Universitetin rektor əvəzi Zəfər Qurbanov deyib ki, ADAU-nun əsas istiqamətlərindən biri aqrar sferada zəngin təcrübə qazanmış qabaqcıl şirkətlərlə əməkdaşlıq etməkdir. Müasir dövrdə keyfiyyətli kənd təsərrüfatı mütəxəssisi hazırlamaq üçün mütləq yerli və dünya bazarının tələbələri nəzərə alınmalıdır. Bu sahədə də Aqrar Universitet ilə şirkətlərin qarşılıqlı əməkdaşlığı müstəsna rol oynayacaqdır.

Çıxış edən qonaqlar təmsil etdikləri müəssisələr və onların fəaliyyəti haqqında məlumat verib.

Sonra suvarma və ting yetişdirmə sahəsində görülə biləcək işlər, qarşılıqlı əməkdaşlıq perspektivləri, məzunların işlə təmin olunması və tələbələrin istehsalat təcrübəsi məsələləri müzakirə edilib.


Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığı genişləndirirAzərbaycan Dövlət Aqrar Universiteti aqrar sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığı genişləndirir