Azərbaycan Dövlət Aqrar Universiteti Aqrar İnnovasiya Festivalında iştirak edib

Aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi, təbliği və təşviqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən 14.10.2022-ci il tarixində İmişli rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.

Festivalda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müvafiq bölmələr üzrə professor-müəllim heyəti və Universitetin İnnovasiyalar Mərkəzini təmsil edən fəal tələbələri də iştirak edərək öz innovativ məhsul, avadanlıq və texnologiyalarını sərgidə nümayiş etdiriblər.

Festivalda iştirak edən fermerlərə aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, ağıllı kənd təsərrüfatı sistemləri, ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, tədbirin keçirildiyi bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumat sessiyaları keçirilib.


Azərbaycan Dövlət Aqrar Universiteti Aqrar İnnovasiya Festivalında iştirak edibAzərbaycan Dövlət Aqrar Universiteti Aqrar İnnovasiya Festivalında iştirak edib