Aqrar Universitetin bir qrup tələbəsi Avropada təhsil alacaq

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Erasmus+ proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrində bir semestr təhsil alacaq və təcrübə keçəcək bir qrup tələbə ilə görüş keçirilib.

Görüşdə çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov deyib ki, cari il ADAU-nun 22 tələbəsi Erasmus+ proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrində həm təhsil almaq, həm də təcrübə keçmək imkanı əldə edəcəklər. Bildirilib ki, xaricdə təhsilin ən böyük üstünlüklərindən biri xarici dil biliklərini daha da təkmilləşdirməkdir.

Z.Qurbanov xaricdə təhsil alan hər bir tələbənin ölkənin təmsilçisi olduğunu diqqətə çatdıraraq tələbələrə tövsiyələrini verib.

Sonra xaricdə təhsil alacaq tələbələrin valideynləri ilə onlayn görüş təşkil olunub. Bildirilib ki, tələbələr xaricdə təhsil aldığı müddətdə həm universitetin, həm də ailələrinin etimadını layiqincə doğruldacaqlar.


Aqrar Universitetin bir qrup tələbəsi Avropada təhsil alacaqAqrar Universitetin bir qrup tələbəsi Avropada təhsil alacaqAqrar Universitetin bir qrup tələbəsi Avropada təhsil alacaqAqrar Universitetin bir qrup tələbəsi Avropada təhsil alacaq