Aqrar Universitetdə gənc alim və tədqiqatçıların elmi innovasiya potensialının artırılması istiqamətində təlimlər davam etdirilir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) gənc alim və tədqiqatçıların elmi innovasiya potensialının artırılması istiqamətində baş tutan növbəti təlim Google Scholar platformasından istifadə qaydalarına həsr olunub.

Tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin elmi innovasiya potensialının artırılması, beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi, elmmetrik bazalarda nəşr olunan məqalələrin sayının artırılması barədə görülən işləri diqqətə çatdırıb.

Sonra Tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov və Elmi işlər üzrə prorektor, dosent Azad İbrahimov mövzu ilə əlaqədar fikirlərini söyləyiblər.

Elm şöbəsinin müdiri Elçin Nəsirov Google Scholar platformasının mahiyyəti, istifadə qayfaları, akademik profillərin yaradılması, məqalə və tezislərin platformaya inteqrasiya edilməsi və elmmetrik göstəricilərin müəyyənləşdirilməsi barədə ADAU-nun gənc alim və tədqiqatçılarına təlim keçib.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.

Aqrar Universitetdə gənc alim və tədqiqatçıların elmi innovasiya potensialının artırılması istiqamətində təlimlər davam etdirilirAqrar Universitetdə gənc alim və tədqiqatçıların elmi innovasiya potensialının artırılması istiqamətində təlimlər davam etdirilirAqrar Universitetdə gənc alim və tədqiqatçıların elmi innovasiya potensialının artırılması istiqamətində təlimlər davam etdirilirAqrar Universitetdə gənc alim və tədqiqatçıların elmi innovasiya potensialının artırılması istiqamətində təlimlər davam etdirilirAqrar Universitetdə gənc alim və tədqiqatçıların elmi innovasiya potensialının artırılması istiqamətində təlimlər davam etdirilirAqrar Universitetdə gənc alim və tədqiqatçıların elmi innovasiya potensialının artırılması istiqamətində təlimlər davam etdirilir