Anatoliy Stekolnikov ADAU tələbələrinə mühazirə söyləyib

Rusiya Milli Elmlər Akademiyasının həqiqi üzvü, baytarlıq elmləri doktoru, akademik Anatoliy Stekolnikov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin tələbələri üçün mühazirə keçib.

“Ev heyvanlarının klinik biokimyası” mövzusunda keçən seminar baytarlıq ixtisasının tələbələri tərəfindən maraqla qarşılanıb.

Bildirilib ki, biokimyanın geniş və hərtərərfli inkişafı insanların və heyvanların sağlamlığının qorunması, kənd təssərrüfatı bitkilərinin və heyvandarlığın məhsuldarlığının artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, rasional yemləmə, xəstəliklərlə mübarizə və digər məsələlərin həllində böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin bir qrup professor-müəllim və tələbə heyəti Anatoliy Stekolnikovun rəhbərliyi ilə Azərbaycan Dövlət Aqrar Universitetində səfərdədir.

Anatoliy Stekolnikov ADAU tələbələrinə mühazirə söyləyibAnatoliy Stekolnikov ADAU tələbələrinə mühazirə söyləyibAnatoliy Stekolnikov ADAU tələbələrinə mühazirə söyləyib