Altı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxs tərəfindən nəşr edilən bir neçə elmi-metodiki vəsaitin təqdimatı keçirilib.

Təqdimatda çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, son altı ay ərzində ADAU-nun kitab fonduna üç mindən çox kitab daxil edilib. Əldə edilən bütün qiymətli vəsaitlər tələbələrin kənd təsərrüfatı sahəsində müasir metod və üsulların nəzəri hissələrini yüksək səviyyədə qavramaları üçündür. Yeni təqdim olunan “Kartof bitkisinin ilkin toxumçuluğuna dair elmi-metodiki vəsait”, “Kartof bitkisində yayılmış xəstəlik və zərəvericilərin diaqnostikası”, “Ərazidə sağlam toxumluq kartofun istehsalı prosedurları” və “Genofond materiallarının hazırlanması və saxlanması, geniş miqyaslı in vitro artırılması, kartof yumrularının istehsalı” tələbələr üçün qiymətli vəsaitlərdir.

Tərəvəzçilik ETİ Publik hüquqi şəxsin İdarə heyətinin sədri Elmar Allahverdiyev yeni vəsaitlər haqqında ətraflı məlumat verib. O bildirib ki, təqdim olunan kitablar həm tələbələr üçün həm də fermerlər üçün bir çox faydalı məlumatı mənimsəməyə, yeri gəldikdə isə düzgün formada tətbiq etməyə kömək edəcək.

Qeyd edək ki, son altı ay ərzində gələcəyin kənd təsərrüfatı mütəxəssisləri üçün 450 ədəd kitab BP şirkəti ilə əməkdaşlıq çərçivəsində, 70 ədəd Tərəvəzçilik ETİ Publik hüquqi şəxs tərəfindən, 196 ədəd Türkiyədən alınan, BANM tərəfindən 9 ədəd və 3000 ədəd kitab isə akademik Qərib Məmmədov tərəfindən ADAU-nun kitabxana fonduna hədiyyə olunub. Ümumilikdə son altı ay ərzində ADAU-nun kitabxana fonduna 3795 kitab daxil edilib.


Altı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilibAltı ay ərzində ADAU-nun kitab fonduna 3 mindən çox kitab daxil edilib