İşğaldan azad olunmuş ərazilərin aqrar potensialı mövzusunda mühazirə dinlənilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları üçün növbəti mühazirə təşkil olunub.

Mühazirəni gənclərə İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin direktor müavini Rəşad Hüseynov söyləyib. “İşğaldan azad olunmuş ərazilərin aqrar potensialı” mövzusu ilə çıxış edən R.Hüseynov bildirib ki, həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək, yeni investisiyaların cəlb edilməsinə və su ehtiyatlarının istifadəsinə imkan yaradacaq. Bu proses qeyri-neft məhsullarının ixracının artmasına səbəb olacaq, əkin dövriyyəsi artacaq.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



İşğaldan azad olunmuş ərazilərin aqrar potensialı mövzusunda mühazirə dinlənilibİşğaldan azad olunmuş ərazilərin aqrar potensialı mövzusunda mühazirə dinlənilibİşğaldan azad olunmuş ərazilərin aqrar potensialı mövzusunda mühazirə dinlənilib