ADAU-nun İnnovasiyalar mərkəzi fakültələrdə tələbələrlə görüşlərə start verib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar mərkəzinin əməkdaşları Aqrobiznes və idarəetmə və Aqrar iqtisadiyyat fakültəsinin tələbələri ilə görüş keçiriblər.

Görüşdə universitetin elm şöbəsinin müdiri Elçin Nəsirov, İnnovasiyalar mərkəzinin direktoru Könül Həsənova və mərkəzin koordinatoru Elvin Ağayev çıxışlar ediblər.

Görüş çərçivəsində tələbələrə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Aqrar Universitetinin innovasiya sahəsinə olan diqqəti, innovasiya və startapların günümüzdəki aktuallığı və İnnovasiyalar mərkəzinin fəaliyyəti haqqında geniş məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və tələbələr mərkəzin təlim fəaliyyətinə qoşulmaq üçün qeydiyyatdan keçirilib.

ADAU-nun İnnovasiyalar mərkəzi fakültələrdə tələbələrlə görüşlərə start veribADAU-nun İnnovasiyalar mərkəzi fakültələrdə tələbələrlə görüşlərə start veribADAU-nun İnnovasiyalar mərkəzi fakültələrdə tələbələrlə görüşlərə start verib