ADAU-nun gənc alimlərinin məqalələri beynəlxalq nüfuzlu elmi jurnalda dərc olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) doktorantı Ceyhun Əliyevin və 1-ci kurs magistrantı Mahnur Ələkbərovanın həmmüəllifliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” şirkətinin “Web of Science” elmi platformasında Q1 kateqoriyalı “BMC VETERINARY RESEARCH” jurnalında məqalələri dərc olunub.

Ceyhun Əliyev ADAU-nun “Baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası, mikotoksikologiya ilə mikologiyası və immunologiyası” ixtisası üzrə doktorantı və Mahnur Ələkbərova isə Zoomühəndislik fakültəsinin “Quşçuluq” ixtisaslaşması üzrə 1-ci kurs magistrantı olaraq təhsil alırlar.

Əldə etdikləri bu nailiyyət üçün həm Ceyhun bəyi, həm də Mahnur xanımı Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi adından təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.

Məqalə ilə tanış olmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

https://bmcvetres.biomedcentral.com/articles/10.1186/s12917-022-03155-1

ADAU-nun gənc alimlərinin məqalələri beynəlxalq nüfuzlu elmi jurnalda dərc olunub