ADAU əməkdaşları şəhid ailəsini ziyarət edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup əməkdaşı şəhid ailəsinə baş çəkiblər.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü, universitetin Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə ADAU-nun bir sıra əməkdaşı universitet rəhbərliyi adından Vətən müharibəsi şəhidi, universitetin himayəyə götürdüyü Cavadov Canlar Asif oğlunun ailəsini Novruz bayramı münasibətilə ziyarət edib, bayram sovqatı aparıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.


ADAU əməkdaşları şəhid ailəsini ziyarət edibADAU əməkdaşları şəhid ailəsini ziyarət edibADAU əməkdaşları şəhid ailəsini ziyarət edib