ADAU ilə “ISFA” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “ISFA” MMC arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumun məqsədi şirkət əməkdaşlarının bilik və bacarıqlarının daim artırılması üçün razılaşdırılmış ixtisaslar üzrə kadr hazrılığını təşkil etmək və gələcək kadr ehtiyatlarının ödənilməsi istiqamətində birgə fəaliyyət həyata keçirmək, birgə tədris planı və proqramlarının hazırlanması və mərkəzə məxsus təlim-təsərrüfat sahələrində dövlət-özəl əməkdaşlığı çərçivəsində birgə istehsalat və təlimlərin təşkil edilməsi vasitəsilə büdcədənkənar gəlirləri stimullaşdırmaq və təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etməkdir.

Universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirirərək, qonaqlara universitetin kadr potensialı barədə ətraflı məlumatlandırıb.

“ISFA” MMC –nin direktoru Samir Xeyirbəyov şirkətin həyata keçirdiyi layihələr haqqında danışıb. Direktor deyib ki, Aqrar Universitetin tələbələri kənd təsərrüfatı sahələri üzrə həyata keçirilən işlərlə bağlı ətraflı bilik-məlumat alacaq, faydalı təcrübə proqramlarında iştirak edəcəklər.

Sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

ADAU ilə “ISFA” MMC arasında əməkdaşlıq memorandumu imzalanıbADAU ilə “ISFA” MMC arasında əməkdaşlıq memorandumu imzalanıbADAU ilə “ISFA” MMC arasında əməkdaşlıq memorandumu imzalanıbADAU ilə “ISFA” MMC arasında əməkdaşlıq memorandumu imzalanıbADAU ilə “ISFA” MMC arasında əməkdaşlıq memorandumu imzalanıbADAU ilə “ISFA” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb