ADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibəti ilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans təşkil olunub.

Konfransda əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.

Yeni Azərbaycan Partiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən Universitetin rektor əvəzi Zəfər Qurbanov Azərbaycan dövlətinin xilaskarı, partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin fenomen şəxsiyyətindən və siyasi fəaliyyətindən, eyni zamanda, 30 il ərzində ölkəmizin maraqları naminə hesablanmış və bu gün də dövlətimizin başçısı, Partiyanın Sədri İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində qısa zaman kəsiyində əldə olunan və şanlı tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunmuş nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış edib. 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizdən söhbət açan Z.Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin qoyduğu tarixi ənənələr YAP tərəfindən sədaqətlə həyata keçirilir.

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov çıxışında deyib ki, YAP-ın arxada qoyduğu möhtəşəm və tarixi 30 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli ictimai-siyasi təşkilat olmaqla, dünya miqyasında fəaliyyət göstərən təməlli siyasi təşkilatdır. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır.

Sonra çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Yadigar Bədəlov, ADAU-nun İctimai fənlər kafedrasının müdiri, dosent Azad Bayramov, ADAU-nun əməkdaşı, Vətən müharibəsi qazisi Asif Hacızadə və tələbə Gülçin Nəbizadə də çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyətindən və keçdiyi şərəfli inkişaf yolundan geniş bəhs ediblər.

Sonda Gəncə şəhərinin ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.


ADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilib
ADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilib
ADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilibADAU-da “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” adlı elmi-praktik konfrans keçirilib