ADAU-da "Ring the Bell for Financial Literacy" adlı seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının və Bakı Fond Birjasının 29 noyabr 2021-ci il tarixli memorandumu çərçivəsində ADAU-nun 2 saylı Tələbə Evinin akt zalında Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə iştirakı ilə "Ring the Bell for Financial Literacy" adlı seminar təşkil olunub.

Tədbirdə kapital bazarının, o cümlədən qiymətli kağızlar bazarının ve fond birjasının inkişaf strategiyası ilə bağlı qarşılıqlı müzakirələr keçirilib.

Çıxış edən ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri Məhərrəm Hüseynov ölkədə maliyyə dayanıqlığının yüksəldilməsi üçün bu cür tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etdiyini söyləyib. Həmçinin, o çıxışında gələcəkdə aidiyyatı maliyyə qurumlarının yüksək maliyyə ixtisaslı kadrlar ilə təmin edilməsi üçün kafedrada hazırlanan fənn proqramlarına maliyyə qurumları tərəfindən rəy verilməsini, xüsusilə məzunların hansı bilik, bacarıq və vərdişlərə malik olmasını rəydə bildirmələrini xahiş edib.


ADAU-da "Ring the Bell for Financial Literacy" adlı seminar keçirilibADAU-da "Ring the Bell for Financial Literacy" adlı seminar keçirilibADAU-da "Ring the Bell for Financial Literacy" adlı seminar keçirilibADAU-da "Ring the Bell for Financial Literacy" adlı seminar keçirilibADAU-da "Ring the Bell for Financial Literacy" adlı seminar keçirilibADAU-da "Ring the Bell for Financial Literacy" adlı seminar keçirilib