ADAU-da növbəti görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Unversitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov və universitetin digər vəzifəli şəxsləri Aqronomluq fakültəsinin Bitki mühafizəsi kafedrasının professor-müəllim heyəti ilə görüş keçirib.

Görüşdə kafedrada təhsil keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin məmnunluq sorğusunun nəticələri, kafedranın elmi istiqamətinə uyğun aparılan tədqiqatların mövcud vəziyyəti, kafedranın nəzdində olan laboratoriyaların imkanlarından istifadə potensialının artırılması, yüksək reytinqli elmi jurnallarda məqalələrin nəşr olunması, beynəlxalq ikili diplom proqramı çərçivəsində əməkdaşlıq səviyyəsinin yüksəldilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Görüşün nəticəsi kimi rektor İ.Cəfərov elmi ekspedisiyaların təşkili, beynəlxalq ikili diplom proqramı çərçivəsində birgə elmi tədqiqatların aparılması və kafedranın tədris-metodiki təminatın səviyyəsinin yüksəldilməsi üçün tapşırıqlar verib.

ADAU-da növbəti görüş keçirilibADAU-da növbəti görüş keçirilibADAU-da növbəti görüş keçirilibADAU-da növbəti görüş keçirilibADAU-da növbəti görüş keçirilibADAU-da növbəti görüş keçirilib