ADAU-da “Əczaçılıq, reallıq və perspektivlər” mövzusunda konfrans keçirilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin Əczaçılıq kafedrasında “Əczaçılıq, reallıq və perspektivlər” mövzusunda konfrans təşkil olunub.

Konfransdan sonra ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun iştirakı ilə əczaçılıq ixtisası tələbələri üçün qurulan Əczaçılıq İnnovasiya mərkəzinin açılışı olub.

Tədbirdə Azərbaycan Tibb Universitetindən (ATU) dəvət olunan, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri professor Məhbubə Vəliyeva, Əczaçılıq kimyası kafedrasının dosenti Vaqif İsgəndərov, Əczaçılar Klubu İctimai Birliyinin nümayəndələri Elnur Əliyev, Taleh Mirzəzadə, Yunis Mirzəzadə, özəl tibb şirkətlərindən SERVİER şirkətinin nümayəndəsi Yusif Əzizov, Nurlana Orucova Asfarma şirkətinin nümayəndəsi Taleh Rüstəmov və aptek şəbəkələrinin nümayəndələri "Azərmed" QSC-nin nümayəndəsi Əfsanə Cəfərova, "Avromed" QSC-nin nümayəndəsi Nahid Vəliyev həmçinin universitetin professor-müəllim və tələbə kollektivi iştirak ediblər.


ADAU-da “Əczaçılıq, reallıq və perspektivlər” mövzusunda konfrans keçirilibADAU-da “Əczaçılıq, reallıq və perspektivlər” mövzusunda konfrans keçirilibADAU-da “Əczaçılıq, reallıq və perspektivlər” mövzusunda konfrans keçirilib