Əziz baytarlar! Aqrar Universitet sizin yolunuzu gözləyir!

Ölkədə süni mayalanma və embrion köçürülməsi yolu ilə heyvanların alınmasına marağın artmasını, bu sahədə mütəxəssis hazırlığının həyata keçirilməsinin əhəmiyyətini nəzərə alaraq Baytarlıq təbabəti fakültəsinin nəzdində Süni Mayalanma Tədris Mərkəzi yaradılmışdır. Həmçinin, 5 sentyabr 2017-ci il tarixindən Azərbaycan Dövlət Aqrar Universitetində Baytarlıq Klinikası ev heyvanlarına xidmət göstərir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) ilə dəstəyi ilə universitetə verilmiş 29 adda, Türkiyə, Kanada, Almaniya, ABŞ və Cənubi Koreyada istehsal olunmuş avadanlıq və alətlər vasitəsilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin təcrübəli baytar həkimləri tərəfindən heyvanların müayinəsi, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyatlar müasir standartlara uyğun həyata keçirilir. Klinikada mövcud olan qeydiyyat, müayinə, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyat otaqları xüsusi antibakterial örtüklə üzlənmiş, mebel, tibbi şkaflar və digər avadanlıqlarla təchiz edilmişdir. Və daha nələr nələr...

Əziz baytarlar! Aqrar Universitet sizin yolunuzu gözləyir!

Əziz baytarlar! Aqrar Universitet sizin yolunuzu gözləyir!